Bakı 3˚C Sunny

Tahir Gözəl: “Qarabağ”ın tarixindəki ən gözəl oyun bu idi”

İdman 00:16 04 noy, 2022
Tahir Gözəl: “Qarabağ”ın tarixindəki ən gözəl oyun bu idi”

“Bəlkə də “Qarabağ”ın tarixindəki ən gözəl oyun bu idi”.

Qazet.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun rəhbəri Avropa Liqasının qrup mərhələsinin VI turunun “Frayburq”la Bakıdakı oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, qrup üçüncüsü kimi Konfrans Liqasına düşən komandanın çıxışını dəyərləndirib: “Möhtəşəm oynadıq. Statistikalara baxsaq, 55 faiz top bizdə idi”.

Qeyd edək ki, “Qarabağ” Almaniya klubu ilə heç-heçə edib – 1:1.

Qaynaq