Tahir Mirkişili: “Rəqabət Məcəlləsinin qəbulu üçün şərait olmalıdır"
"Milli Məclisin Rəqabət Məcəlləsini qəbul etməsi üçün zəruri şərait tam formalaşdırılmalıdır".
"Milli Məclisin Rəqabət Məcəlləsini qəbul etməsi üçün zəruri şərait tam formalaşdırılmalıdır".
Qazet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
"Azərbaycanda rəqabətin inkişaf etdirilməsi ilə bağlı dövlət ardıcıl addımlar atır. Belə bir yanlış təsəvvür var ki, Rəqəbət Məcəlləsini qəbul edən kimi ədalətli rəqəbət ölkədə tam təmin olunacaq. Bu cür yanaşma düzgün deyil. Məcəllinin qəbuluna qədər bir sıra atılacaq addımlar var. Onlarsız məcəllənin qəbulu effekt verməyəcək. Bu səbəbdən ilk növbədə, zəruri şərait tam formalaşdırılmalı, alt qanunlar qəbul olunmalı və yaxud da təkmilləşdirilməlidir”, - deyə o, qeyd edib.
"Məsələn, satınalma ilə bağlı yeni qanun hazırlanacaq və yaxud da ədalətli rəqabətlə, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması ilə bağlı qanunlar olacaq. Ölkədə rəqabətin tam ədalətli rəqabətin təmin olunması dövlət siyasətidir. Amma bu iş addım-addım və tədricən olmalıdır. Əslində, bu istiqamətdə də gedirik”.