Tailandda karantinsiz gələn turistlərin aid olduğu ölkələrin siyahısı genişləndiriləcək
Gündəm
11:44 22 okt, 2021
Yeniliklər noyabrın 1-dən qüvvəyə minəcək

Tailand hökuməti koronavirusa qarşı tam peyvənd edilmiş turistlərin ərazisinə karantinsiz gələ biləcəyi ölkələrin siyahısını 46-ya çatdırmaq qərarına gəlb.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu krallığın Baş naziri Prayut Çan-Oça deyib.
Baş nazir qeyd edib ki, şərt ölkəyə təyyarə ilə gələnlərə, PCR testi mənfi olanlara və gəldikdən sonra yenidən testdən keçən şəxslərə aiddir.
Yeniliklər noyabrın 1-dən qüvvəyə minəcək.
Giriş-çıxış icazəsi alan ölkələrin siyahısı bu həftə açıqlanacaq. Siyahının iki dəfə - 1 dekabr və cari ilin 1 yanvar tarixinə qədər genişləndirilməsi planlaşdırılır.