Bakı 10˚C Sunny

Taliban ABŞ-dan valyuta ehtiyatlarını geri istəyir

Gündəm 14:15 22 noy, 2021

Taliban rəsmiləri bu məsələdə çox israr edir

Taliban ABŞ-dan valyuta ehtiyatlarını geri istəyir

Taliban müvəqqəti hökumətinin xarici işlər nazirliyinin başçısı ABŞ tərəfindən Əfqanıstanın maliyyə ehtiyatlarının azad olunmasını istəyib.

Qazet.az İRNA agentliyinə istinadən xəbər verir ki, Taliban hökuməti bununla bağlı Amerika konqrensinə məktub ünvanlayıb. 

Taliban müvəqqəti hökumətinin xarici işlər nazirliyinin başçısı Əmir xan Mottəqi bildirib ki, Əfqanıstan Amerika ilə müharibə vəziyyətində deyil, buna görə də Əfqanıstan pullarının dondurulmuş vəziyyətdə saxlanılmasının məntiqi əsası yoxdur.

“Tez bir zamanda Əfqanıstan pulları azad olunmalıdır. Amerikalıların bizimlə hərbi düşmənliyi yoxdur, bu pulların bloka alınmasının səbəbi nədir? Bu pullar mücahidlərə deyil, Əfqanıstan xalqına məxsusdur” deyə o əlavə edib.