"Taliban" Çinlə müqavilə imzalayır
Siyasət
13:55 06 yan, 2023
Əfqanıstanın "Taliban" hökuməti ölkənin şimalında neft qazması üçün Çin şirkəti ilə müqavilə imzalayacaq.
Qazet.az xəbər verir ki, bu "Taliban"ın hakimiyyəti ələ keçirdikdən sonra ilk beynəlxalq ticarət müqaviləsi olacaq.
"Taliban"ın sözçüsü Zabihullah Mücahid bildirib ki, neft hasilatı müqaviləsi Sincan Mərkəzi Asiya Neft və Qaz Şirkətinin (CAPEIC) Amudərya hövzəsində neft qazması ilə məşğul olacaq.
Həmçinin, şirkət Əfqanıstan ərazisində mis sənayesinin inkişafı sahəsinda da işlər aparacaq.
Bunun üçün onlar mis mədənlərində fəaliyyət göstərəcək.