Taliban dünya ictimaiyyətini Əfqanıstanın maliyyə aktivlərini açmağa çağırır
Gündəm
12:55 16 sen, 2021
Bu barədə Taliban sözçüsü Zabihullah Mücahid açıqlamasında bildirib
“Taliban” dünya ictimaiyyətini yeni Əfqanıstan hökumətini tanımağa və Əfqanıstanın maliyyə aktivlərini açmağa çağırıb.
Qazet.az xəbər verir ki, bu barədə Taliban sözçüsü Zabihullah Mücahid açıqlamasında bildirib.
"Biz diplomatiya yolu ilə beynəlxalq ictimaiyyətlə yaxşı münasibətlər qurmaq istəyirik. Əfqanıstanın maraqlarına uyğun olan hər şey dünya birliyinin mənafeyinə uyğundur və Əfqanıstanda sabitlik bütün dünya üçün vacibdir", - deyə müsahibəsində bildirib.
Mücahid mövcud hökumətin müvəqqəti olduğunu vurğulayaraq, bu hökuməti daha əhatəli etmək üçün müzakirələrə davam edəcəklərini də vurğulayıb.
-