“Taliban” dünyadan 20 ay vaxt istədi
Gündəm
11:17 26 sen, 2021
“Taliban” dünyadan vaxt istəyib
“Taliban” tərəfindən Əfqanıstanın müvəqqəti hökumətinin iqtisadiyyat naziri təyin olunan Məhəmməd Hənif beynəlxalq ictimaiyyətdən 20 ay vaxt istəyib.
Qazet.az xarici mənbəyə istinadən xəbər verir ki, iqtisadiyyat naziri hökuməti mühakimə etməzdən əvvəl məhz bu qədər müddət gözləməyi təklif edib.
M.Hənif vurğulayıb ki, taliblər Əfqanıstanın əvvəlki hökumətinin 20 il ərzində etdiyi kimi xaricdən yardım istəmirlər.