Taliban Əfqanıstan səfirliklərinə yeni diplomatlar təyin edəcək
Gündəm
14:00 23 noy, 2021
Diplomatik nümayəndəliklərin fəaliyyəti ilə bağlı Taliban qərarlar qəbul edəcək

Taliban Əfqanıstanda hakimiyyəti ələ aldıqdan sonra ölkənin diplomatik nümayəndəlikləri ilə bağlı yeniliklərin olacağını bildirib.
Qazet.az xəbər verir ki, tezliklə yeni simaların ölkənin xaricdəki səfirliklərində fəaliyyətə başlayacağı açıqlanıb.
Hal-hazırda Əfqanıstanın xarici ölkələrdəki səfirliklərində əvvəlki hökumətin təyin etdiyi diplomatlar fəaliyyət göstərir.
Taliban hökumətinin sözcüsünün müavini Ənamulla Səmənqani əlavə edib ki, “Yaxın gələcəkdə iş fəaliyyəti daha yaxşı olacaq, səfirlik və konsulluqlara yeni şəxslər təyin oluncaq”.
Qeyd edək ki, Taliban hökuməti indiyənədək yalnız Əfqanıstanın İslamabaddakı səfirliyinə yeni diplomatlar təyin edib.