Taliban hökumətinin xarici işlər naziri bu gün Türkiyəyə səfər edəcək
Siyasət
14:27 14 okt, 2021
Bu barədə Taliban Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abdul Qəhər Bəlxi bildirib
Əfqanıstandakı Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi bu gün Türkiyəyə səfər edəcək.
Qazet.az-ın “Khaama” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Taliban Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abdul Qəhər Bəlxi bildirib.
Onun sözlərinə görə, Qətərdə səfərdə olan Əmir Xan Müttəqi bu gün Türkiyəyə gedəcək. A.Q. Bəlxi bildirib ki, səfər Türkiyə XİN rəhbərinin dəvəti ilə reallaşır.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv bir neçə ölkənin xarici işlər nazirlərinin yaxın zamanda Kabilə səfəri gözlənilir. Türkiyə və İndoneziya xarici işlər nazirlərinin bu səfərdə iştirak edəcəyi artıq təsdiqlənib.