Bakı 3˚C Windy

"Taliban" İrana keçən külli miqdarda pulun qarşısını alıb

Gündəm 03:00 17 okt, 2022
"Taliban" İrana keçən külli miqdarda pulun  qarşısını alıb

“Taliban” Əfqanıstanın Herat əyalətindən İrana qaçaqmalçılıq yolu ilə pul keçirmək cəhdinin qarşısını alıb.

Qazet.az xəbər verir ki, bu barədə bazar günü radikal hərəkatın yaratdığı Əfqanıstan hökumətinin Müdafiə Nazirliyi məlumat yayıb.

“Saxlanılan şəxs Herat əyalətindən İrana qaçaq yolla 250 min dollar keçirməyə cəhd edib. Əməliyyat zamanı məlum olub ki, həmin şəxs pulu avtomobil oturacağında gizlədib”, - deyə məlumatda bildirilib.

“Taliban” şübhəlinin kimliyi, eləcə də bu məbləğin mənbəyi barədə ətraflı məlumat verməyib.