Taliban milyonlarla vəsaiti müsadirə etdi
Gündəm
22:36 10 okt, 2021
Bundan əlavə, ələ keçirilən qızıl da Əfqanıstan Mərkəzi Bankında qorunur.
Taliban keçmiş administrasiyanın vəzifəli şəxslərinə məxsus müxtəlif valyutalarda olan külli miqdarda pul vəsaitlərini müsadirə edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, Əfqanıstan Maliyyə Nazirliyinin hesabına 86 mindən çox əfqani , 15 milyon dollar, 7450 avro, 30350 Hindistan rupisi və 300 BƏƏ dirhəmi keçirilib.
Bundan əlavə, ələ keçirilən qızıl da Əfqanıstan Mərkəzi Bankında qorunur.