Bakı 3˚C Mostly cloudy

“Taliban” Qadınların İşləri üzrə Nazirliyi “əxlaq polisi”nə çevirdi

Gündəm 10:53 18 sen, 2021

Kabildə yeni idarə yaradılıb

“Taliban” Qadınların İşləri üzrə Nazirliyi “əxlaq polisi”nə çevirdi

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı daha bir nazirliyi ləğv edib.

Qazet.az xəbər verir ki, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə “Xeyirli olanın əmri və zərərli olanın qadağası” adlı yeni idarə yaradılıb.

Faktiki olaraq, “əxlaq polisi” kimi fəaliyyət göstərən bu orqan “Taliban”ın 1996-2001-ci illər hakimiyyəti zamanı da mövcud olub və əhaliyə qarşı zorakılığı ilə yadda qalıb.

Mənbə: “Afghanistan International”