Taliban Rusiyadan qaz və buğda tədarükü ilə bağlı razılaşdı
Xəbərlər
20:52 28 sen, 2022
Taliban Əfqanıstana qaz, dizel yanacağı və buğda tədarükü ilə bağlı Rusiya ilə razılığa gəlib.
Qazet.az xəbər verir ki, bu barədə Əfqanıstanın sənaye və ticarət naziri Nuriddin Əzizi deyib.
“Əfqanıstan Rusiya ilə hər il 500 min ton mayeləşdirilmiş təbii qaz, bir milyon ton benzin, bir milyon ton dizel yanacağı və iki milyon ton buğda tədarük etmək üçün ticarət müqaviləsi bağlayıb”, - Əzizi bildirib.