"Taliban" Rusiyadan yardım istəyib
Siyasət
10:33 24 sen, 2021
Bunu “Taliban” hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zəbiullah Mücahid “RİA Novosti”yə müsahibəsində bildirib
"Rusiya Əfqanıstanla BMT arasında vasitəçi ola bilər".
Qazet.az xəbər verir ki, bunu “Taliban” hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zəbiullah Mücahid “RİA Novosti”yə müsahibəsində bildirib.
“Rusiya BMT ilə bizim aramızda, o cümlədən sanksiyalarla təziyiqlərin səviyyəsinin azaldılması məsələsində vasitəçi ola bilər”, - o qeyd edib.
Z.Mücahid deyib ki, “Taliban” Rusiyadan Əfqanstanda sülhün yaranması, eləcə də başqa dövlətlərlə münasibətlərin bərpası üçün səy göstərməsini istəyib.
Qeyd edək ki, "Taliban" BMT-də xüsusi nümayəndəsinin tanınmasını istəyib.