“Taliban” üzvlərinə hücum, ölənlər var
Gündəm
03:01 21 noy, 2021
Hücum edənlərin qaçdıqları bildirilir

Əfqanıstanın Cəlalabad şəhərində naməlum silahlılar 5 "Taliban" üzvünü öldürüb.
Qazet.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, iki silahlı şəxs "Taliban"a məxsus "Corolla" markalı avtomobilə hücum edərək beş "talibanı" öldürüb.
Məlumatda hücum edənlərin qaçdıqları bildirilir.
Hücum Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin yaxınlığında baş verib.