Bakı 6˚C Dreary

Taliban: "Biz dünya ölkələri, xüsusən də ABŞ ilə yaxşı münasibətlərə sadiqik".

Siyasət 17:30 13 dek, 2021

Əfqanıstanda Taliban müvəqqəti hökumətinin xarici işlər naziri ölkənin beynəlxalq əlaqələri barədə danışıb.

<span style="color:red">Taliban</span>: "Biz dünya ölkələri, xüsusən də ABŞ ilə yaxşı münasibətlərə sadiqik".

"Arada olan uçurumu götürün və Əfqanıstanla yaxşı münasibətləri seçin”

Qazet.az Əfqanıstan mənbələrinə istinadən xəbər verir ki, o, ABŞ-ın Əfqanıstanla bağlı siyasətinin tədricən dəyişəcəyini vurğulayıb.

Mottəki əlavə edib ki, “Talibanın rəhbərlik etdiyi hökumət bütün ölkələrlə yaxşı münasibətlər istəyir və ABŞ-la heç bir problemi yoxdur”.

O, ABŞ-ın Talibana qarşı sanksiyalarının səmərəsiz olduğunu vurğulayıb və ABŞ-ı Əfqanıstandakı bütün aktivlərini azad etməyə çağırıb. 

Mottəki ümid etdiyini bildirib ki, zaman keçdikcə ABŞ Əfqanıstanla bağlı siyasətini dəyişəcək.

Talibanın xarici işlər naziri əlavə edib ki, öz ayaqları üstə dura bilən Talibanın  idarə etdiyi bir ölkə ABŞ-ın maraqlarına uyğundur.

ABŞ hökumətinə və xalqına müraciət edən Mottəki deyib: “Siz böyük millətsiniz və Əfqanıstanda beynəlxalq hüquqa uyğun siyasət yürütmək və parçalanmalara son qoymaq üçün səbrə və böyük ürəyə sahib olmağa cəsarət göstərməlisiniz. Arada olan uçurumu götürün və Əfqanıstanla yaxşı münasibətləri seçin”.