Talibanın narkoman “ovundan” görüntülər - FOTO
Gündəm
12:40 21 okt, 2021
Narkomanların reabilitasiyası əldə olan vasitələrlə həyata keçirilir

Əfqanıstanda Taliban hərəkatının göstərişi ilə narkomaniyaya qarşı mübarizə başlanıb.
Sosial şəbəkələrdə zibillik kimi istifadə edilən qurumuş çay macrəlarında, körpü altlarında yatan narkomanların “ovu” ilə bağlı kadrlar yayılıb.
Qazet.az-ın məlumatına görə, onların çoxu reabilitasiya mərkəzinə zor gücünə aparılırlar.
Bildirilir ki, mərkəzdə pasiyentlər üzərində diqqətlə yoxlama aparılır, xarici görünüşləri qaydasına salınır. O da vurğulanır ki, narkomanların reabilitasiyası əldə olan vasitələrlə həyata keçirilir.
Mənbə: “RESSENTIMENT” “Telegram” kanalı