Taliblərlə müqavimətçilər arasında döyüşlər yenidən başlayıb
Gündəm
20:30 12 sen, 2021
Agentliyin həmsöhbətinin sözlərinə görə, “Taliban”ın yaraqlıları itki verib və həmin ərazidən geri çəkilməyə məcbur olublar.
Bağlan vilayətinin Puli-Hisar bölgəsində Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatının yaraqlıları ilə Milli Müqavimət Cəbhəsinin silahlıları arasında döyüşlər yenidən başlayıb.
Qazet.az xəbər verir ki, bu barədə TASS-a müqavimətçilərə yaxın mənbə bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, “Taliban”ın yaraqlıları itki verib və həmin ərazidən geri çəkilməyə məcbur olublar.