“Talış kəndinə yol ərazilərin minalardan təmizlənməsi ilə paralel çəkilib” - Hikmət Hacıyev
Gündəm
22:46 16 okt, 2021
Talış kəndinə yeni çəkilmiş və asfaltlanmış 29 km yolla getdik

"Talış kəndinə yeni çəkilmiş və asfaltlanmış 29 km yolla getdik".
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"-də paylaşımda bildirib.
H. Hacıyev qeyd edib ki, Talış kəndinə yol ərazilərin minalardan təmizlənməsi ilə paralel çəkilib: "Prezident İlham Əliyev tərəfindən başladılan postkonfilikt dövründəki presedentsiz bərpa layihəsi ərazilərin minalardan təmizlənməsi ilə paralel olaraq həyata keçirilib. Layihə Azərbaycanın özünün maliyyə, inzibati və idarəetmə resursları ilə reallaşıb".