Bakı 4˚C Windy

Tamamilə əzilmiş avtomobildən möcüzəvi şəkildə sağ çıxdı - FOTO

Gündəm 12:34 19 noy, 2021

Hadisə yerinə gələn xilasedicilər ilk dəfə belə bir şeylə rastlaşdıqlarını deyiblər

Tamamilə əzilmiş avtomobildən möcüzəvi şəkildə sağ çıxdı - <span style="color:red">FOTO</span>

ABŞ-da 46 yaşlı qadın qəzaya uğradığı avtomobildən möcüzəvi şəkildə sağ çıxa bilib.

Qazet.az xəbər verir ki, Vaşinqton ştatında bir yük maşını arxadan gələn digər yük maşınının ona çırpılması nəticəsində qadının sürdüyü avtomobilin üstünə çıxıb.

Qadının “Nissan Altima” markalı avtomobili yük maşınının ağırlığından tamamilə yararsız vəziyyətə düşüb. Buna baxmayaraq qadının belə vəziyyətdə olan avtomobildən özünün, həm də sağ-salamat çıxa bilməsi təəccüb yaradıb.

Hadisə yerinə gələn xilasedicilər ilk dəfə belə bir şeylə rastlaşdıqlarını deyiblər.

Yüngül sıyrılmış zədələrlə xəstəxanaya aparılan qadın bir neçə saat sonra evə buraxılıb.

Mənbə: Daily Mail