Bakı 26˚C Intermittent clouds

Tanınan ifaçıya hökm oxundu - Azərbaycanda

Maraqlı 17:14 14 dek, 2021

“Ramin Yeraz” adı ilə tanınan ifaçıya hökm oxundu

Tanınan ifaçıya hökm oxundu <span style="color:red">- Azərbaycanda</span>

Bakı Ağır cinayətlər məhkəməsində "Ramin Yeraz" ləqəbi ilə sosial şəbəkələrdə narkotik vasitələri təbliğ etməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Qazet.az "Report"a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə R.İsmayılov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nizami rayon sakini olan R.İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb.

Ona qarşı cinayət məcəlləsinin 234.4.3-cü ( Qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, R.İsmayılov bundan əvvəl də 2018-ci ildə dələduzluqda şübhəli bilinərək tutulub. O, sosial şəbəkələrdə "Ramin Yeraz” adı ilə tanınan ifaçıdır. R.İsmayılov özünü "Ramin Yeraz prodakşn”ın sahibi kimi təqdim edirdi.