Tanınmış aparıcı canlı yayımda özündən getdi - Studiyada xoşagəlməz anlar / VİDEO
Maraqlı
17:50 27 iyl, 2022
Aparıcının yıxıldığına dair görüntülər efirə verilməyib
Böyük Britaniyanın baş naziri postuna iki namizəd xarici işlər naziri Lizz Trass və keçmiş maliyyə naziri Rişi Sunakın debatı zamanı xoşagəlməz hadisə baş verib.
Qazet.az xəbər verir ki, canlı yayım zamanı verilişin aparıcısı Keyt Makken huşunu itirib. Bu zaman Lizz Trass dərhal aparıcıya kömək etmək üçün yerini tərk edib. Aparıcının yıxıldığına dair görüntülər efirə verilməyib. Canlı yayım dərhal dayandırılıb.