Tanınmış cütlük qəzaya düşdü
Hadisə
04:14 03 yan, 2023
Türkiyəli aktrisa Sıla Türkoğlu ilə həmkarı Doğukan Güngör münasibətdədir.
Qazet.az bildirir ki, “Kızılcıl şerbeti” adlı serialda iki aşiqi canlandıran Sıla ilə Doğukanın bir müddətdir real həyatda da sevgili olduğu ortaya çıxıb.
Yeni ili Çeşmedə keçirən cütlük İstanbula qayıdarkən isə qəzaya düşüb. Sükan arxasında əyləşən Doğukan idarəetməni itirib və nəticədə qəza baş verib. Hazırda hər ikisinin vəziyyətinin yaxşı olduğu, yaralanmadıqları açıqlanıb.
Qeyd edək ki, cütlük serialda “Doğa” və “Fatih” adlı obrazlara həyat verir.