Bakı 24˚C Windy

Tanınmış futbolçunun qaraciyər transplantasiyasına ehtiyacı var

İdman 07:12 02 noy, 2021

Hazırda ölkəsinin "İpsviç" klubunun gənclər komandasına rəhbərlik edən mütəxəssis xəstəliyi ilə bağlı əlavə şərh vermək istəməyib. 

Tanınmış futbolçunun qaraciyər transplantasiyasına ehtiyacı var

İngiltərə millisinin, "Nyukasl" və "Vest Hem" klublarının sabiq futbolçusu Kiron Dayerin səhhətində problem yaranıb.

Qazet.az xəbər verir ki, veteran yarımmüdafiəçiyə ilkin sklerozan xolangit (qaraciyərin içində və xaricində olan safra kanallarının iltihabı ilə xarakterizə edilən nadir xroniki xəstəlik) diaqnozu qoyulub. Bu səbəbdən keçmiş oyunçunun qaraciyər transplantasiyasına ehtiyacı var.

Hazırda ölkəsinin "İpsviç" klubunun gənclər komandasına rəhbərlik edən mütəxəssis xəstəliyi ilə bağlı əlavə şərh vermək istəməyib. O, şəxsi həyatına hörmətlə yanaşılmasını tələb edib.

Qeyd edək ki, Kiran Dayer İngiltərə millisində 33 oyun keçirib.