Tanınmış hakim vəfat etdi - FOTO
![Tanınmış hakim vəfat etdi - FOTO](https://qazet.az/resized/fit900x500/center/pages/138095/tabutjpgg.jpg)
Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov vəfat edib.
Qazet.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Mahir Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olub. O, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1973-cü ildən başlayıb. Həmin ildən 1979-cü ilədək Ədliyyə Nazirliyi orqanlarında çalışıb.
1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma” İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
1983-cü ildən başlayaraq 2012-ci ilədək Prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləyib.
2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışıb.
16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə “Əməkdar hüquqşünaş” fəxri adı verilib.
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilib.