Bakı 26˚C Intermittent clouds

Tanınmış hüquqşünasdan icra başçısına İTTİHAM

Gündəm 14:01 06 iyl, 2022

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur

Tanınmış hüquqşünasdan icra başçısına İTTİHAM

Xəbər verdiyimiz kimi, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Ukraynanın Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün humanitar yardımımməqsədilə ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarət humanitar yardım göndərilib.

Qazet.az xəbər verir ki, yerli cira hakimiyyətinin bu addımı cəmiyyətdə birmənalı qarşılanmayıb. Məsələyə vəkil Əkrəm Həsənov da münasibət bildirib.

"Ukraynaya humanitar yardım, dəstək təqdirəlayiqdir. Sadəcə yerli icra hakimiyyəti kimdir ki, harasa humanitar yardım göndərir? Bələdiyyədir məgər? O, adi dövlət orqanıdır! Öz əmlakı da yoxdur. Sırf dövlət əmlakıdır. Onun büdcəsində humanitar yardım maddəsi var? Dövlət adından humanitar yardım etmək yerli icra hakimiyyətinəmi qalıb? Dövlət niyə xaricə yardım üçün yerli icra hakimiyyətinə pul ayırsın axı? Özü mərkəzləşdirilmiş şəkildə edər də bunu! Yox, əgər yardımı əslində Sumqayıt əhalisi və sahibkarları edibsə, onda niyə Sumqayıt Şəhər İcra Hakimiyyəti bunu öz adına yazır? Tam savadsızlıq və özbaşınalıqdır!", - deyə hüquqşünas bildirib.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.