Bakı 13˚C Cloudy

Tanınmış jurnalist vəfat etdi

Gündəm 17:30 24 yan, 2022

O, 84 yaşında dünyasını dəyişib

Tanınmış jurnalist vəfat etdi

Gürcüstanın əməkdar mədəniyyət işçisi, tanınmış azərbaycanlı jurnalisti, sair-publisist Nəsib Nəsibov vəfat edib.

Qazet.az xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.

“Şərəf” ordenli N.Nəsibov Gürcüstanda nəşr olunan azərbaycandilli “Gürcüstan” qəzetinin keçmiş şöbə müdiri olub.

N.Nəsibov gürcü şair və yazıçıların bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib, “Gürcücə-azərbaycanca lüğət” kitablarının həmmüəllifi olub.