Bakı -9˚C Windy

Tanınmış kinotənqidçinin hücuma məruz qalması ilə bağlı araşdırmalara başlanılıb

Gündəm 18:24 28 noy, 2022
Tanınmış kinotənqidçinin hücuma məruz qalması ilə bağlı araşdırmalara başlanılıb

Daxili İşlər Nazirliyi (DİN) tanınmış kinotənqidçi Sevda Sultanovaya qarşı rejissor Kamran Şahmərdan tərəfindən hücuma məruz qalması ilə bağlı məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Qazet.az xəbər verir ki, Report-un sorğusuna cavab olaraq bildirib ki, mübahisə noyabrın 26-da şəxsi münasibətlər zəmnində baş verib.

Hazırda məsələ ilə bağlı müvafiq araşdırma aparılır.