Bakı 12˚C Sunny

Tanınmış rusiyalı jurnalist: “Rusiya televiziyasının ən aqressiv təbliğatçı kütləsi ermənilərdir”

Maraqlı 17:08 17 sen, 2022
Tanınmış rusiyalı jurnalist: “Rusiya televiziyasının ən aqressiv təbliğatçı kütləsi ermənilərdir”

“Rusiya televiziyasının əsas, ən təsirli və ən aqressiv təbliğatçı (qeyri-normativ leksika istifadə olunur – red.) kütləsi ermənilərdir”.

Qazet.az xəbər verir ki, bunu rusiyalı tanınmış jurnalist Aleksandr Nevzorov teleqramda yazıb.

“Rusiya televiziyasının əsas, ən təsirli və ən aqressiv təbliğatçı (qeyri-normativ leksika istifadə olunur – red.) kütləsi ermənilərdir. Onlar Putinin pərəstişkarları, “rus dünyası” ideyalarının qızğın təbliğatçılarıdır: Simonyan, Keosayan, Babayan, Kurqinyan, Qabrelyan, Stepanyan, Qalustyan, Andresyan, Martirosyan və s. Rusiya televiziyasındakı erməni klanı indi hər şeyə qadirdir”, - o bildirib.

A.Nevzorov hesab edir ki, Rusiya televiziyasındakı ermənilər Ermənistan-Azərbaycan sərhədindəki qarışıqlıq haqqında kəkələməyə belə cəsarət etmirlər.

Qeyd edək ki, A.Nevzorov 1993-cü ildən 2007-ci ilədək Dövlət Dumasının deputatı olub.

O, 2012-ci ildə seçkilər dövründə həmçinin Rusiya Prezidenti Vladimir Putinin vəkili olub. Bununla belə, A.Nevzorov Rusiya hakimiyyətinin qatı müxalifətçisi, xüsusilə ölkədə böyük nüfuza sahib olan Rus Pravoslav Kilsəsinin sərt tənqidçisidir. Rusiyanın Ukraynaya təcavüzündən sonra o, rəsmi Kiyevi dəstəkləyib və İsrailə mühacirətə gedib. Eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı jurnalistə Ukrayna vətəndaşlığı verib.