Tanınmış yazıçı Şuşaya köçəcək
“Şuşa şəhərində 23 yaşayış binası tikilir. Bu binaların bir hissəsinə gələn ilin noyabr ayında sakinlər köçürüləcək. Mən də Şuşaya köçürüləcəklərin siyahısındayam”.
Qazet.az xəbər verir ki, bunu Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun “Döndükdə gəlirimiz olsun” mövzusunda keçirdiyi tədbirdə Şuşa sakini, yazıçı Kərim Kərimli bildirib.
O qeyd edib ki, Şuşanın təbiət və tarixi abidələri, həmçinin mədəniyyət tarixi bu şəhərin tanıdılması və inkişafı baxımından önəmlidir:
“Təklif edirəm ki, Şuşada Abidələr Xiyabanı salınsın. Məsələn, burada Qarabağ xanlığının qurucusu və ilk xanı Pənahəli xan Cavanşirin, siyasətçi Əhməd bəy Ağaoğlunun və bəstəkar Üzeyir Hacıbəyovun heykəlləri qoyulsun. Onu da bildirim ki, Şuşada təxminən 300 tarixi şəxsiyyətin evi olubdur. Onların mənzili evi muzeyi kimi fəaliyyət göstərə bilər”.