Tarantino dünyanın ən yaxşı filmini seçdi
Bu barədə “Comicbook” məlumat yayıb
Amerikalı rejissor Kventin Tarantino Stiven Spilberqin 1975-ci ildə çəkdiyi “Javs” filmini bütün zamanların ən yaxşı filmi adlandırıb.
Qazet.az xəbər verir ki, bu barədə “Comicbook” məlumat yayıb. Tarantino bu filmdən yaxşı film çəkilmədiyini iddia edib:
“Kino nöqteyi-nəzərindən “Javs”dan yaxşı heç nə olmayıb. Bu, indiyə qədər çəkilmiş ən yaxşı filmdir”.
Onun sözlərinə görə, çoxları Spilberqin uğurunu təkrarlamağa çalışsa da, indiyədək heç kim buna nail ola bilməyib.
“Javs” filminin süjetində turistlər qondarma Amiti adasının sularında üzərkən nəhəng insan yeyən köpəkbalığının hücumuna məruz qalırlar. Yerli polis rəisi yırtıcı ilə məşğul olmaq qərarına gəlir. Bunun üçün o, köpəkbalığı ovçusu və okeanoloqu işə cəlb edir.
Stiven Spilberq