Tarixi məscid sel altında qaldı - FOTO
Gündəm
14:40 23 noy, 2022
Albaniyanın şimalında güclü yağışlar daşqınlara səbəb olub. Evləri və əkin sahələrini su basıb.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, kəndlilər heyvanlarını xilas etmək üçün səfərbər olublar.
Güclü yağışlardan sonra Albaniya və İtaliyanı su basıb. Bu təbii fəlakətdə Albaniyada Osmanlıdan miras qalan tarixi "Kurşunlu" məscidi də su altında qalıb.
Drini, Kir və Boyna çaylarının qovuşduğu yerdə yerləşən məscid və onun ətrafındakı türbələr havadan görüntülənib.
Xatırladaq ki, "Kurşunlu" məscidi Şkoder şəhərində Osmanlı dövründən qalan yeganə və ən qədim məsciddir.