Bakı 30˚C Sunny

Tarixin ilk uçuşu - İsraildən Səudiyyə Ərəbistanına təyyarə uçdu

Gündəm 13:48 15 iyl, 2022

Bu barədə İsrail KİV-i məlumat yaydı

Tarixin ilk uçuşu - İsraildən Səudiyyə Ərəbistanına təyyarə uçdu

İsraillə Səudiyyə Ərəbistanı arasında tarixdə ilk dəfə təyyarə reysi reallaşıb.

Qazet.az xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, İsrailin Ben-Qurion adına hava limanından uçan təyyarə Səudiyyə Ərəbistanının Ciddədəki hava limanına eniş edib. Bu çarter reysi ilə uçan təyyərənin göyərtəsində ABŞ Prezidenti Cozef Bayden onu müşayiət edən heyət və jurnalistlər olub.

Qeyd edək ki, iyulun 13-16-dək Cozef Bayden Yaxın Şərqdə səfərdə olacaq.