Bakı 3˚C Sunny

Tarladan tarixi nümunə tapıldı

Maraqlı 17:00 27 dek, 2022
Tarladan tarixi nümunə tapıldı

İngiltərənin Norfolk əyalətində maraqlı hadisə baş verib.

Qazet.az xəbər verir ki, metal detektoru vasitəsilə tarlada axtarış aparan şəxs tarixi nümunə tapıb.

53 yaşlı Nik Beytman əvvəlcə bunun "zibil" olduğunu zənn etsə, daha sonra nümunəni araşdırarkən onun Qədim Roma dövrünə aid olduğu üzə çıxıb.

Nümunə 1 cüt qızıl sırğadan ibarətdir.

"1-2 saatlıq çölə çıxdım, axtarış etdim. Siqnal səsi gələn yeri 7-10 sm qazdım. Oradan tapdığın qızıl məni təəcübləndirdi". - deyə Beytman açıqlama verib. (BBC)