Taxtakörpüdə qanunsuz ov edən şəxslər saxlanılıblar
Hadisə
14:00 15 dek, 2021
Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır
Laçın rayon polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Taxtakörpü ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
Daxili işlər nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Qazet.az-a verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Laçın rayon sakini Kamil Süleymanov, Sabirabad rayon sakinləri Elçin Yusifov və Vasif Cavadov saxlanılıblar.
Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşu aşkar edilib.
Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.