Bakı 23˚C Mostly cloudy

Tayland şəhzadəsinin həyatı təhlükədədir

Gündəm 02:17 16 dek, 2022
Tayland şəhzadəsinin həyatı təhlükədədir

Taylandın 44 yaşlı vəliəhd şahzadəsi Bajrakitiyabha Narendira Debyavati xəstəxanada həyatı üçün mübarizə aparır.

Qazet.az xəbər verir ki, şəhzadə gəzinti zamanı infarkt keçirib.

Tayland kralı Maha Vajiralonqkornun böyük qızı, vəliəhd şahzadəsi helikopterlə xəstəxanaya çatdırılıb.

Tailand mətbuatında yer alan xəbərə görə, vəliəhd şahzadənin vəziyyəti ağır və həyatı üçün təhlükəlidir.

Şahzadənin ürəyinin dayandığı və ürək masajından sonra həyata döndüyü bildirilib.