Bakı 26˚C Intermittent clouds

“Taym” İlon Maskı “İlin adamı” elan etdi

Gündəm 22:06 13 dek, 2021

ABŞ-ın “Taym” jurnalı “Tesla” və “SpeysX” şirkətlərinin sahibi İlon Maskı “İlin adamı” elan edib.

“Taym” İlon Maskı “İlin adamı” elan etdi

ABŞ-ın “Taym” jurnalı “Tesla” və “SpeysX” şirkətlərinin sahibi İlon Maskı “İlin adamı” elan edib.

Qazet.az xəbər verir ki, bu barədə jurnalın Yutub kanalında canlı yayım zamanı elan olunub.

“Bu insanın Yer planetindəki həyata və ola bilsin ki, ondan sonrakı həyata qeyri-adi təsiri var. İqlim dəyişikliyinin ekzistensial böhranından, bərabərsizlik problemlərindən mümkünlüyün yeni sərhədlərinə qədər heç kim bu ilin mövzularını 2021-ci ilin adamı İlon Maskdan daha yaxşı təcəssüm etdirə bilməz”, - jurnalın baş redaktoru Edvard Felzental bildirib.