Bakı 13˚C Windy

Tayvan Çin PUA-sına atəş açdı

Xəbərlər 00:12 31 avq, 2022
Tayvan Çin PUA-sına atəş açdı

Tayvan ordusu Çinin pilotsuz uçuş aparatına xəbərdarlıq atəşi açıb.

Qazet.az xəbər verir ki, bu barədə “Focus Taiwan” məlumat yayıb .

Qeyd olunur ki, Şi adası zastavasının əsgərləri 30 metr hündürlükdə təxminən 200 metr aralıda qadağan olunmuş ərazidə uçan pilotsuz uçuş aparatını aşkar ediblər.

Cavab olaraq PUA-ya qarşı atəş açılıb.

Tayvan hərbçiləri canlı mərmi atdıqdan sonra pilotsuz təyyarə Çinin sahilyanı Fujian əyalətində yerləşən Syamen şəhərinə doğru uçub.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra regionda vəziyyət gərginləşib.