Tayvan SOCAR-dan ilk karbon emissiyaları kompensasiya edilmiş neft qəbul edib
Biznes
13:30 13 iyn, 2022
“Azeri Crude” nefti dünən qəbul edilib
Tayvan CPC Korporasiyası (“CPC”) SOCAR-ın ticarət qolu olan “SOCAR Trading” (“SOCAR Trading”) şirkətindən Tayvanın ilk istixana qazı emissiyaları kompensasiya edilmiş sertifikatla təmin olunmuş nefti qəbul edib.
Tədarük edilən “CPC” 1,05 mln. barel həcmində “Azeri Crude” neftini dünən qəbul edib.
Məlumata görə, qəbul edilən neft istixana qazı emissiyaları “Təsdiqlənmiş Karbon Standartı” (VCS) tərəfindən sertifikatlaşdırılmış karbon kreditləri ilə kompensasiya edilib.