Tayvanda güclü zəlzələ
Hadisə
06:34 08 dek, 2022
Tayvan adasının şərq sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Qazet.az xəbər verir ki, bu barədə Çin adasının seysmoloji xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Hualien şəhərindən 21,6 km cənubda, sahil zolağında, ocağı isə 29,8 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.