Tbilisi aeroportunda bir neçə erməni qaçaqmalçılığa görə saxlanılıb
Gündəm
16:30 01 noy, 2021
Bu barədə ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb

Gürcüstan gömrükçüləri qızıl əşyaların qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıblar.
Qazet.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Tbilisi hava limanındakı nəzarət-buraxılış məntəqəsində iki nəfər Ermənistan vətəndaşının əl yükünə keçirilən baxış zamanı bəyan edilməmiş və ümumi çəkisi 322,5 qram olan qızıl əşyalar aşkarlanıb. Qaçaqmalın dəyəri təxminən 37 min lari (12 min ABŞ dolları) təşkil edib.
Bir Ermənistan vətəndaşı 14 304 lari (4 400 ABŞ dolları) məbləğində cərimələnib, digəri ilə bağlı materiallar isə Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub.