Bakı 8˚C Showers

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimi başlayıb

Gündəm 14:32 04 okt, 2021

 Azərbaycan, Türkiyə və Gürcüstan kompüter dəstəkli komanda-qərargah təliminə başlayıb

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimi başlayıb

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Qazet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat paylaşıb.

Nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim oktyabrın 8-dək davam edəcək.