Bakı 24˚C Windy

Tbilisidə Azərbaycanın Qələbəsinin ildönümünə həsr olunan “Zəfər kuboku” turniri keçiriləcək

Gündəm 18:38 22 okt, 2021

Turnirə sabah Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliklərinin həvəskar komandalarının oyunu ilə start veriləcək

Tbilisidə Azərbaycanın Qələbəsinin ildönümünə həsr olunan “Zəfər kuboku” turniri keçiriləcək

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinin ildönümünə həsr olunmuş “Zəfər kuboku” mini futbol turniri keçiriləcək.

Qazet.az xəbər verir ki, turnirə sabah Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliklərinin həvəskar komandalarının oyunu ilə start veriləcək.

Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) təşkil etdiyi yarışa bu ölkədə fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin komandaları da qatılacaqlar. Oyunlar azərkeşlərin iştirakı ilə keçiriləcək.

Turnirin qalibi noyabrın 8-də məlum olacaq. Qalib komandaya “Zəfər kuboku”, finala yüksələn hər iki komandaya isə medal və sertifikatlar təqdim ediləcək.