Bakı 19˚C Sunny

Tbilisidə ictimai nəqliyyatda gediş haqları artırılacaq

Gündəm 13:40 23 dek, 2021

Yeni ödəniş sistemi bütün ictimai nəqliyyat növləri olan metro, avtobus və mikroavtobusları bir sistemdə birləşdirəcək

Tbilisidə ictimai nəqliyyatda gediş haqları artırılacaq

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze elan edib ki, 2022-ci ildən ictimai nəqliyyatda yeni abonent sistemi tətbiq olunacaq və nəticədə Tbilisidə ictimai nəqliyyatda birdəfəlik gediş haqqı artacaq.

Qazet.az xəbər verir ki, yeni ödəniş sistemi bütün ictimai nəqliyyat növləri olan metro, avtobus və mikroavtobusları bir sistemdə birləşdirəcək.

Avtobus, metro və mavi mikroavtobuslarla 90 dəqiqə ərzində limitsiz gediş haqqı mövcud tariflə müqayisədə 2 dəfə artaraq 1 lari (təxminən 0.55 AZN - red.) təşkil edəcək.

Bundan əlavə, ictimai nəqliyyatda sərnişinlər bir günlük, həftəlik, aylıq, üç aylıq, altı aylıq və illik limitsiz kartlardan istifadə edə biləcəklər.

Bir günlük limitsiz səyahət bileti 3 lariyə (1.65 AZN), həftəlik isə 20 lariyə (11 AZN) başa gələcək.

K. Kaladzenin sözlərinə görə, bir sıra kateqoriyalar aid sərnişinlər pulsuz və güzəştli tariflərdən istifadə edəcəklər.

Bu kateqoriyaya Tbilisidə qeydiyyatda olan görmə qabiliyyətini itirmiş insanlar, onları müşayiət edən şəxslər və bələdçilər, məktəb şagirdləri, ərazi inspektorları və paytaxtın polis idarəsinin, Baş əməliyyat idarəsinin əməkdaşları, Tbilisidə bələdiyyə uşaq bağçalarının işçiləri, Tbilisidə qeydiyyatda olan silahlı qüvvələrin veteranları və sair sərnişinlərə aiddir.

Tbilisi meri əlavə edib ki, tələbələr, təqaüdçülər və digər icma qrupları güzəştli tariflərdən istifadə etməyə davam edəcəklər.

Mənbə: Tbilisi.gov.ge