Bakı 2˚C Windy

Tbilisidə üzərində Azərbaycan bayrağı təsvir olunmuş 600 ədəd şar havaya buraxılıb - FOTO

Siyasət 19:25 09 noy, 2021

Fləşmob Tbilisi sakinləri və şəhərin qonaqlarının diqqətini cəlb edib

Tbilisidə üzərində Azərbaycan bayrağı təsvir olunmuş 600 ədəd şar havaya buraxılıb - <span style="color:red">FOTO</span>

Tbilisidə 8 Noyabr – Zəfər Günü münasibətilə daha iki fləşmob baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qazet.az-a verilən məlumata görə, ilk olaraq Azərbaycan bayraqları ilə bəzədilmiş üç gəzinti kateri Kür çayı boyunca hərəkət edib.
“Sülh körpü”sündən hərəkətə başlayan katerlər Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının yerləşdiyi əraziyə yaxınlaşanda üzərində Azərbaycan bayrağı təsvir olunmuş 600 ədəd şar havaya buraxılıb. Fləşmob Tbilisi sakinləri və şəhərin qonaqlarının diqqətini cəlb edib.

Axşam saatlarında isə Tbilisinin mərkəzi Rike parkında “Air Baloon Tbilisi” adlı böyük hava şarı Azərbaycan bayrağı və Zəfər rəmzi sayılan Xarı bülbülün təsvirləri ilə işıqlandırılıb.
Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Gürcüstandakı səfirliyi və Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə baş tutub.