Bakı 27˚C Mostly sunny

Təbii fəlakətlər dünya iqtisadiyyatına 72 milyard dollar ziyan vurub

Gündəm 11:33 07 avq, 2022

Sığortaçılara ən çox ziyan Avropa və Avstraliyada dəyib

Təbii fəlakətlər dünya iqtisadiyyatına 72 milyard dollar ziyan vurub

Cari ilin ilk yarım ilində təbii fəlakətlər dünya iqtisadiyyatına 72 milyard dollar ziyan vurub.

Qazet.az-ın xəbərinə görə, bu məlumat İsveçrənin “Swiss Re” təşkilatının hesabatında yer alır.

Hesabat müəlliflərinə görə, ötən ilin müvafiq dövründə maddi ziyan daha çox – 91 milyard dollar olub. Sığortaçılara ən çox ziyan Avropa və Avstraliyada dəyib.

İnsanların səbəb olduğu texnogen qəzalara gözə dəyən ziyanlar da da azalma müşahidə edilib. Ötən ilin ilkl yarısında göstərici 95 milyard dollar olduğu halda, bu il 75 milyard dollara enib.