Bakı 4˚C Intermittent clouds

Təbii qazın qiyməti açıqlandı

Biznes 13:30 10 yan, 2023
Təbii qazın qiyməti açıqlandı

Avropada təbii qazın qiyməti 1000 kubmetr üçün, təxminən, 820 dollar həddində sabitləşib.

Qazet.az-ın məlumatına görə, bunu "ICE London" Fond Birjasının məlumatları göstərir.

TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə fevral fyuçersləri 1000 kubmetr üçün 815,9 dollar (-0,7%) səviyyəsində ticarət başlayıb. Daha sonra təbii qaz 824,8 dollara (+0,3%) yüksəlib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1000 kubmetr üçün 822 dollar) əsaslanır.

Xatırladaq ki, yanvarın 5-də Avropada təbii qazın qiyməti 2021-ci il sentyabrın 10-dən bəri ilk dəfə 700 dollardan aşağı düşüb.