Bakı 9˚C Mostly cloudy

Təbii qazın qiyməti artıb

Biznes 13:00 01 dek, 2022
Təbii qazın qiyməti artıb

Avropada təbii qazın qiyməti oktyabrın ortalarından bəri ilk dəfə 1660 ABŞ dollarını ötüb.

Bu barədə Qazet.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın yanvar fyuçersləri ticarətə 1000 kubmetr üçün 1610,8 ABŞ dolları (+2,8 %) səviyyəsində başlayıb. Daha sonra təbii qazın qiyməti 6,3 % artaraq 1665,9 ABŞ dolları təşkil edib.