Təbii qazın qiyməti də kəskin artır: 1 600 dollara yaxınlaşıb
Gündəm
14:11 06 okt, 2021
Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 596,8 dollar təşkil edib
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 600 ABŞ dollarına yaxınlaşıb. Bu barədə birja xəbərlərinə istinadən məlumat verir.
Qazet.az xəbər verir ki, 6 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 596,8 dollar təşkil edib.
Xatırladaq ki, bu həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1 500 dollar həddini ötüb.