TƏCİLİ - Anama əməkdaşı Zəngilanda minaya düşdü
Gündəm
02:41 20 noy, 2021
Zəngilanda mina partlayışı olub.

Zəngilanda mina partlayışı olub.
“Report”un Qarabağ bürosunun məlumatına görə, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı rayonda minaya düşüb.
Partlayış nəticəsində agentliyin əməkdaşı, 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.